22 avqust 2024 10:52
469

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu ərazisində 2 və Yasamal rayonu ərazisində 2 nəfərin liftdə, Nərimanov rayonu ərazisində isə ümumilikdə üç ünvanda 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

FHN-nin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində biri azyaşlı olmaqla 6 nəfər xilas edilib, 1 nəfərin meyiti mənzildə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.