27 avqust 2024 14:14
264

Putin Modi ilə telefon danışığı zamanı hansı məsələləri müzakirə edib? - KREMLDƏN AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı zamanı Ukrayna hakimiyyətindən danışıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Putin Kiyev hakimiyyətinin və onların qərbli himayədarlarının dağıdıcı xəttini əsaslı şəkildə qiymətləndirib”, - deyə bəyanatda bildirilir.

Putin həmçinin Ukrayna münaqişəsinin həlli yolları sahəsində Rusiya tərəfinin əsas yanaşmalarını açıqlayıb.