10 sentyabr 2024 10:50
616

“SOCAR Türkiyə”nin yeni jurnalı - “Enerjimiz Bir"

“SOCAR Türkiyə”nin “Enerjimiz Bir" adlı yeni jurnalının ilk nömrəsi çapdan çıxıb.

“İki sahil” xəbər verir ki, “SOCAR Türkiyə” və qrup şirkətləri ilə bağlı aktual yenilikləri, enerji sektorundakı son tendensiyaları, mədəniyyət və incəsənət dünyasından diqqət çəkən mövzuları bir araya gətirən bu buraxılış xüsusi dizaynla hazırlanıb.

Jurnalda ilk səhifələrində Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və SOCAR-ın prezidenti Rövşən Nəcəfin təbrikləri yer alıb.

Jurnalın pdf variant ilə buradan tanış ola bilərsiniz.