13 sentyabr 2024 22:40
164

Çexiyada quş qripi epidemiyası qeydə alınıb

Çexiyanın mərkəzindəki Prşibram şəhəri yaxınlığındakı Martiniçe kəndində quş qripi epidemiyası qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə " IrozhlasCо" portalı respublikanın kənd təsərrüfatı naziri Marek Vıbornıya istinadən xəbər yayıb.

Qeyd edilir ki, Martiniçedəki quşçuluq fermasında toyuqlarda və ev qazlarında quş qripi aşkarlanıb. Baytarlar quşları orada kəsmək qərarına gəliblər. Söhbət 700 ev qazından və 300 toyuqdan gedir.

Hakimiyyət orqanları quş qripinin yayılmasının qarşısını almaq üçün tədbirlər görür. Bu arada, mütəxəssislərin fikrincə, onun insanlara keçmə riski çox aşağı qiymətləndirilir.