27 avqust 2024 14:21
272

Belqorod üzərində üç Ukrayna PUA-sı vurulub - Rusiya Müdafiə Nazirliyi

Rusiya ordusunun hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində üç Ukrayna PUA-sını vurub.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə zərbə endirmək cəhdləri Moskva vaxtı ilə saat 11:20-dən 11:50-dək dayandırılıb.

Bundan əvvəl hava hücumundan müdafiə qüvvələri 4 “Toçka-U” taktiki raketini vurub.