27 avqust 2024 14:29
274

Ukrayna aerodromlarına hücum olub

Ötən gecə Rusiya hərbçiləri Ukraynada mühüm aerodrom infrastruktur obyektlərinə yüksək dəqiqlikli silahlarla qrup zərbəsi endirib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hücum zamanı “Kinjal” raketləri və PUA-lardan istifadə edilib. Məlumata görə, bütün seçilmiş hədəflər vurulub.

Xatırladaq ki, avqustun 26-da Rusiya ordusu Ukraynada elektrik yarımstansiyalarına hücum edib. Partlayışlar Kiyev də daxil olmaqla bir neçə böyük şəhərdə baş verib. Ukrayna prezidenti Vladimir Zelenski bu zərbəni ən güclü zərbələrdən biri adlandırıb.