28 avqust 2024 09:40
757

Türkiyənin 11 vilayətdə FETÖ-yə qarşı əməliyyat: 20 nəfər saxlanılıb

Türkiyənin 11 vilayətdə FETÖ-yə qarşı keçirilən "Kıskaç-25" əməliyyatlarında 20 şübhəli saxlanılıb.

“İki sahil”in məlumatına görə, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə məlumat verib.

Onun yazdığına görə, vilayət polis müdirliklərinin TEM və KOM şöbə müdirlikləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Təhlükəsizlik Ümumi Müdirliyinin TEM, Kəşfiyyat və KOM müdirliklərinin koordinasiyası ilə Adana, Ankara, Antalya, Çorum, Elazığ, İstanbul, İzmir, Ordu, Samsun, Kahramanmaraş və Vanda FETÖ-yə qarşı "Kıskaç-25" əməliyyatı təşkil edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”