29 avqust 2024 00:44
269

Rusiya Ukraynanın itkilərini açıqladı - 917-ci gün

Rusiya müharibənin 917-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 640 təyyarəsi, 283 helikopteri, 30 613 PUA-sı, 575 zenit-raket kompleksi, 17 589 tank və digər zirehli texnikası, 1 426 reaktiv yaylım atəş sistemi, 13 720 artilleriya və minaatanı, 25 312 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.