09 sentyabr 2024 12:53
401

Qərb dairələri sülh prosesinə zərbə vurmağa çalışırlar - EKSPERT/ÖZƏL

Bu gün Qərb təşkilatlarının Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə yanaşması gedişatı ləngidir. Belə ki, sülh müqaviləsi istər birbaşa Azərbaycanla Ermənistan arasında, istər Rusiyanın moderatorluğu ilə imzalansa belə Qərb onun təşkilatlarının prosesdə rol oynamasına çalışır. Bu gün dünyada baş verən münaqişələrə yanaşmada ABŞ, AP, AŞPA və ATƏT kimi qurumların mütləq şəkildə özlərini hansısa bir formada proseslərdə iştirakına nail olmağa çalışdığının şahidi olunur. Maraqlıdır, NATO da daxil olmaqla Qərb təşkilatlarının rol aldığı dünyadakı bir çox münaqişələrdə hansısa yenilik əldə edilibmi? Əksinə müşahidə etmişik ki, Qərbin moderatorluğu və ya üçüncü tərəf kimi danışıqlar proseslərində iştirakı xalqlar və dövlətlərarası münasibətlərin daha da pisləşməsinə səbəb olub.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov deyib.

Qərb imperializminin olduğu hər yerdə anarxiya, xaos və xalqların göz yaşları var

Eskpert hesab edir ki, ABŞ və Avropa İttifaqı və ya Rusiya platformalarında görüşlərin davam etməsindən aslı olmayaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə səmimi inam və dəstək göstərilməlidir. Azərbaycan hazırda regional güc mərkəzidir, bu isə müəyyən qüvvələri ciddi formada narahat edir. Qərbin müəyyən dairələrinin və onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin bu tipli hücumları əvvəlki illərdə də müşahidə olunub.

Tural İsmayılov bildirib ki, hər dəfə Azərbaycanla bağlı mühüm məsələlər gündəlikdə duranda və ya Azərbaycanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək tədbirlər keçiriləndə (Eurovision 2012, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, mühüm enerji və iqtisadi layihlər, beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlər) bu tipli hücumlar və qarayaxma kampaniyaları təşkil olunur.  Ölkədəki yüksək vətənpərvərlik, xalq-iqtidar birliyinin yüksək səviyyədə olması reallıqdır. Erməni yedəyində olanlar dezinformasiya hücumları hazırlamaq üçün müxtəlif dövrlərdə təliamtlar alırlar.

Qərb dairələri Azərbaycanın müharibədə qələbəsini həzm edə bilmirlər və sülh prosesinə zərbə vurmağa çalışırlar. Qərb imperializminin olduğu hər yerdə anarxiya, xaos və xalqların göz yaşları var.

Şəmsiyyə Əliqızı, “İki sahil”