Azərbaycanda daha beş ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
“İki sahil”in xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərarlarla Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir