Rusiya Azərbaycanın BRİCS ilə daha sıx qarşılıqlı əlaqələr qurmaq istəyinə hörmətlə yanaşır. Moskva bu məsələdə Azərbaycana hər cür kömək göstərməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda 30-dan çox dövlət BRİCS ilə sistemli əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. “Biz hər bir ölkənin suveren istəyinə hörmətlə yanaşırıq və indiki halda Azərbaycanın BRİCS ilə daha sıx qarşılıqlı əlaqələr qurmaq istəyinə hörmətlə yanaşırıq. Moskva müttəfiqi kimi bu məsələdə Bakıya hər cür kömək göstərməyə hazırdır”, - Rusiya XİN sözçüsü qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir ki, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir.
Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.
Daha sonra Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb.
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB/FOTO