31 saylı Suraxanı İkinci Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Bulud Ərzullanın müraciətinə baxılıb.
“İki sahil” xəbər verir ki, müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü İlkin Şahbazov məlumat verib.
O bildirib ki, ərizəçi həmin dairənin 8 seçki məntəqəsində pozuntu olduğunu bildirib: “O bizə 14 videogörüntü təqdim edib. Videogörüntülər seçki məntəqəsindən kənarda çəkilib. Buna görə də ərizəçinin müraciəti təmin edilməməlidir. Buna görə də dairə seçki komisdiyasının qərarı qüvvədə saxlanılsın".
Məsələ səsverməyə çıxarılıb və DSK-nın qərarı qüvvədə saxlanılıb.
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB/FOTO