Parlament seçkilərində 125 dairədən bir əlin barmağı ilə sayılacaq dairədə xoşagəlməz hal olması iddiası olub.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bu, özü böyük nailiyyətdir: “Sosial şəbəkədə çox az dairədə xoşagəlməz hal olması iddiası olub. Biz daxil olan görüntüləri araşdırırıq. Çalışırıq ki, kiçik də olsa seçicilərin iradəsini ortaya qoymağa mane olan hal varsa, ciddi reaksiya verək. Bu ondan xəbər verir ki, prinsipcə seçkilərdə qalib namizədin müəyyənləşdirilməsi baxımından problem olmayıb”.
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB/FOTO