Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində yanğın qeydə alınıb.
“İki sahil” xəbər verir ki, yanğın kənd qəbiristanlığının ərazisində təxminən 2 hektardan çox sahəni əhatə edib. Kənd evləri qəbiristanlığa yaxın olduğundan alovun evlərə keçməsinin qarşısını almaq üçün hadisə yerinə Tovuz yanğından mühafizə hissəsinin 4 yanğın söndürmə maşını və canlı qüvvəsi cəlb olunub. Əraziyə təcili tibbi yardım briqadası da gəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınaraq tam söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
AMEA Naxçıvan Bölməsində 27 Sentyabr – Anım Günü ilə bağlı elmi konfrans keçirilib
FHN tərəfindən sel təhlükəsinə dair silsilə maarifləndirmə tədbirləri keçirilib
Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları“brutto müqavilə” sisteminə qoşulub
Kürdəmirdə “27 sentyabr – Anım Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib