Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə günün müxtəlif saatlarında Babək rayon Cəhri qəsəbəsində biçilmiş taxıl sahəsində, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində həyətyanı və Babək məhəlləsində quru otluq sahələrində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, məlumatlarla əlaqədar Naxçıvan şəhər və Babək Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
AMEA Naxçıvan Bölməsində 27 Sentyabr – Anım Günü ilə bağlı elmi konfrans keçirilib
FHN tərəfindən sel təhlükəsinə dair silsilə maarifləndirmə tədbirləri keçirilib
Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları“brutto müqavilə” sisteminə qoşulub
Kürdəmirdə “27 sentyabr – Anım Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib