Uşaq evinin birinci sinfə gedən uşaqlarını məktəbə Ahıllar evinin sakinləri aparıb.
“İki sahil” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərindən 7 nəfər uşaq bu gün birinci sinfə gedib.
Birinci sinfə gedən uşaq evinin azyaşlı sakinlərini agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllar müşayiət edərək məktəbə aparıblar.
Ahıllar məktəbliləri ilk dərs günü münasibətilə təbrik edib, onlara gələcək məktəb həyatında uğurlar arzulayıblar.
AMEA Naxçıvan Bölməsində 27 Sentyabr – Anım Günü ilə bağlı elmi konfrans keçirilib
FHN tərəfindən sel təhlükəsinə dair silsilə maarifləndirmə tədbirləri keçirilib
Xankəndi və Naxçıvan şəhərlərinin marşrutları“brutto müqavilə” sisteminə qoşulub
Kürdəmirdə “27 sentyabr – Anım Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib