Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Xətai rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazı müsabiqəsi elan edir.
“İki sahil” xəbər verir ki, müsabiqənin məqsədi gələcəyimiz olan gənclərin hərtərəfli yetişməsində müəllim əməyinin rolunu, 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününün müəllim və məktəblilər arasında mənəvi bağlılığa xidmət etdiyini önə çəkmək, müəllim-şagird münasibətlərinin daha da möhkəmlənməsini təbliğ etmək, məktəblilərin müəllimlərə istək və arzularını inşa yazı formasında çatdırmasını təmin etməkdir.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər inşa yazılarını 2024-cü il sentyabr ayının 16-dan 30-dək YAP Xətai rayon təşkilatına təqdim edə bilərlər.
İnşa yazı müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir
Prezident İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir
Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilir