16 sentyabr 2024 14:01
159

Parlament seçkilərində 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

“İki sahil” xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının yekun protokolunda əksini tapıb.

Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb.

MSK-nın ləğv etdiyi 43 məntəqədən 20-si bugünkü iclasda olub.