Növbədənkənar parlament seçkilərində veb-kameralara baxış sayı məlum olub.
“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.
Növbədənkənar parlament seçkilərində veb-kameralara baxış sayı 570 049 olub. Bu, 2020-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə 2 dəfədən çoxdur. 2020-ci ildə parlament seçkilərində veb-kameralara baxış sayı 227 866 olub.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, veb-kamera ilə seçkiləri müşahidə edənlərin sayındakı ciddi artım veb-kameraların seçki prosesindəki səmərəliliyinin göstəricisidir.
Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir
Prezident İlham Əliyev: Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir
Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilir