16 sentyabr 2024 14:13
136

Goranboyda məktəbli bir nəfəri bıçaqlayıb

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən "İki sahil"ə bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

"Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Trend-in əldə etdiyi məlumata görə, hadisəni törədən R. Musayev məktəbli olub.