16 sentyabr 2024 17:03
172

Səkkiz ayda Azərbaycana 600 min tona yaxın buğda idxal edilib

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 128 milyon 361 min dollar dəyərində 579 min 926 ton buğda idxal edilib.

"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 13.2% və ya 88 min 393 ton, məbləğ baxımından isə 30% və ya 55 mln. 219 min dollar azdır.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti, ötən ilin avqust ayı ilə müqayisədə 2.3% və ya 8.7 manat azalaraq 375.7 manat təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.01%-nə bərabər olub.