ABŞ-nin Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə və digər şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar respublikada oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə müdaxilədir.
“İki sahil” xəbər verir ki, bunu hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında deyib. “Bu, bir tərəfdən polisə, digər tərəfdən quruma təhqir, üçüncü tərəfdən gürcü xalqının seçiminə, iradəsinə təsir etmək cəhdidir. Bu, Gürcüstan seçkilərinə müdaxilədir”, - Mdinaradze qeyd edib. Siyasətçinin sözlərinə görə, seçkilər yaxınlaşdıqca partiya ABŞ-dən daha sərt sanksiyalar və bəyanatlar gözləyir.
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilir
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib