17 sentyabr 2024 12:23
121

Azərbaycan səkkiz ayda qeyri-neft ixracından 2.2 milyard dollar gəlir əldə edib

2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2 milyard 179.9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar sırasında meyvə-tərəvəz, kimya sənayesi məhsulları, plastmas, polietilen, polipropilen, alüminium və ondan hazırlanan məmulatlar, pambıq lifi və digər məhsullar yer alır.

Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (752 milyon ABŞ dolları) birinci yerdə qərarlaşıb. Bu siyahıda Türkiyə (394.6 milyon ABŞ dolları) ikinci və Gürcüstan (157.7 milyon ABŞ dolları) üçüncü, ABŞ (109.1 milyon ABŞ dolları) isə dördüncü olub.