Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda da keçmiş imperiyaların müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqların azadlığı və suverenliyi işinə dəstək verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğılın etimadnaməsini qəbulu zamanı deyib.
Əlzəcairə səfəri zamanı Milli Mücahidlər Muzeyini ziyarət etdiyini xatırladan dövlət başçısı qeyd edib ki, Əlcəzair xalqına qarşı törədilmiş cinayətlər və vəhşiliklərlə bağlı orada gördükləri onda xüsusi heyrət doğurub.
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilir
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib