17 sentyabr 2024 20:31
218

2025-2028 ci illərdə manatın məzənnəsi sabit qalacaq

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Qeyd edilib ki, proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.