17 sentyabr 2024 20:36
289

Sosial müdafiə və sosial təminat xərcləri artacaq

2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8 % çoxdur.