Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilmə tarixi hələ də müzakirə olunur.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.
Diplomat vurğulayıb ki, bu məsələ Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Rusiyaya səfəri zamanı da nəzərdən keçirilib:
“Bu məsələ ötən gün müzakirə olunub. Amma nəzərə alsaq ki, baş nazirin müavinləri, bu komissiyaların rəhbərləri müntəzəm olaraq - demək olar ki, ayda bir dəfə görüşürlər, əminliklə deyə bilərik ki, bu komissiya daim işləyir”.
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib