İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək.
"İki sahil" agentliyə istinadən xəbər verir ki, 4-6 oktyabr tarixlərində təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Naxçıvan şəhərindən və ətraf rayonlardan olan KOB subyektləri sentyabrın 26-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər:
ttps://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Naxçıvan” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram və master klasslar da təşkil olunacaq.
Azərbaycanın istehsal, investisiya, logistika üzrə regional platformaya çevrilməsini istəyirik
Mikayıl Cabbarov: 2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb
Suriya iqtisadiyyatını qlobal iqtisadi sistemə yenidən inteqrasiya etməyə çalışır