18 sentyabr 2024 14:59
115

Suriyada Rusiyaya qarşı ikinci cəbhə açılır? - Peskovdan ŞƏRH

Peskov Kiyevin Suriyada ikinci cəbhə açmaq planları ilə bağlı xəbərləri görməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Kiyevin Suriyada Rusiya Federasiyasına qarşı ikinci cəbhə açmaq planları ilə bağlı xəbərləri görmədiyini bildirib.

“İki sahil”  “Kommersant”a istinadla istinadla xəbər verir ki, Peskov Ukrayna və ABŞ-ın “Həyat Təhrir əş-Şam” qruplaşmasının üzvlərinə təlim keçməsi ilə bağlı mediada yayılan məlumatı şərh etməyib. Onun sözlərinə görə, bu xəbəri görməyib: “Məndə konkret məlumat yoxdur, ona görə də heç nə deyə bilmərəm".

Qeyd edək ki, avqustun sonunda Ukraynanın terrorçularla “gizli sövdələşməsi” barədə məlumatı İraq mənbələri yayıb. Məlumatı Türkiyənin “Aydınlıq” qəzetinin mənbələri də təsdiqləyib.