19 sentyabr 2024 15:33
91

Livanda peycer partlayışları zamanı Moskvada da bir nəfərin əlində telefon partlayıb

Livanda ölkədə minlərlə peycerin partlamasına səbəb olan kiberhücum zamanı Moskvada da bir kişinin əlində mobil telefonu partlayıb.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

"Bizdə olan məlumata görə, partlayan "Honor 70" smartfonu olub", - deyə məlumatda qeyd edilir.

Zərərçəkənin naməlum istiqamətə qaçdığı, hadisə şahidlərinin təcili yardım çağırdığı bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda həmin şəxsi axtarır. Telefonun qalıqları ekspertlərə verilib.  Telefonun Livanda partlamış avadanlıq partiyası ilə əlaqəsi olub-olmadığını yoxlayırlar.

CNN bildirir ki, İsrail Livanda rabitəni pozmaq üçün planlaşdırılan əməliyyat barədə ABŞ-ı xəbərdar edib.