18 sentyabr 2024 15:14
113

Estoniya və Finlandiyadan Rusiya donanması ilə bağlı ÇAĞIRIŞ

Estoniya və Finlandiya Rusiya Baltik Donanmasının Finlandiya körfəzində hərəkətinə tam qadağa qoyulmasını nəzərdə tutan plan hazırlamalıdırlar.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin komandanı Andrus Merilo Helsingin bildirib.

O qeyd edib ki, Finlandiya və Estoniya dəniz müdafiəsi sahəsində əməkdaşlığı daha da artıracaqlar. Hərbçilər hesab edir ki, Rusiyanın Baltik dənizində fəaliyyəti tamamilə qadağan edilməlidir.

Bundan əvvəl Estoniyanın cənubunda - Rusiya ilə sərhədə yaxın ərazidə Reedo adlı yeni hərbi baza açılıb.