18 sentyabr 2024 16:50
126

Türkiyəni regional və qlobal gücə çevirmək üçün çalışırıq - Ərdoğan

Türkiyəni regional və qlobal gücə çevirmək üçün çalışırıq.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bunun üçün bütün imkanlardan istifadə edir: “Üzümüzü Qərbə çevirmişik. Amma bu, o demək deyil ki, Şərqlə əlaqələrimizi inkişaf etdirməyəcəyik”.