İsrail BMT Baş Assambleyasının Fələstin ərazilərinin azad edilməsini tələb edən yeni qətnaməsini rədd edib.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“İsrail Baş Assambleyanın təhrif olunmuş və toxunulmaz qərarını rədd edir və bu gün Nyu-Yorkda keçirilən axmaqlıq paradına qoşulmayan dünyanın aparıcı ölkələrinə təşəkkür edir. Bu gün BMT Baş Assambleyası adlanan siyasi teatr reallıqdan qopmuş, terrorizmi təşviq edən və sülh şanslarına xələl gətirən təhrif olunmuş qərar qəbul edib. Özünü faktlardan təcrid etmək belə görünür”, - bəyanatda qeyd olunub.
Qeyd edək ki, bu gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstindən çıxarılmasını tələb edən qətnaməni qəbul edib.