19 sentyabr 2024 09:40
102

Vaşinqton öz vətəndaşlarını Livanı tərk etməyə çağırır

ABŞ-ın prezident administrasiyası Livanda vəziyyətin gərginləşəcəyi təqdirdə amerikalıların təxliyəsi planını hazırlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə “The Wall Street Journal” Pentaqonun nümayəndələrinə istinadla məlumat yayıb. Nəşr bildirir ki, hakimiyyət orqanları Livandan təxliyənin bir neçə variantını təqdim ediblər. Onlardan biri 50 minə yaxın ABŞ vətəndaşının Kiprə təxliyə edilməsini nəzərdə tutur. Dövlət Departamentinin 2022-ci ilə olan məlumatına görə, Livanda təxminən 86 min amerikalı yaşayır.

Qeyd edək ki, Vaşinqton son aylarda hərbi əməliyyatların artması riski səbəbindən öz vətəndaşlarını Livanı tərk etməyə çağırır.