Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Antiterror əməliyyatının ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin hər zaman əziz tutulacağı əminliklə qeyd olunub.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib