19 sentyabr 2024 11:56
94

Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəsi ilə bağlı 21 mindən çox material yayımlanıb

Azərbaycanda ətraf mühitin qorunması və ölkənin iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəyə verdiyi töhfələrlə bağlı indiyədək 21 mindən çox material yayımlanıb.

“İki sahil” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin rəhbəri Səbinə Seyidova “Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusuna həsr edilmiş seminarda deyib.

Onun sözlərinə görə, COP29 tədbirinə hazırlıq müddətində və tədbir zamanı media subyektlərinin üzərinə böyük məsuliyyət düşür: "İndiyədək karbon emissiyalarının azaldılması, iqlim dəyişikliklərinə qarşı mübarizə və s. mövzuda 21 mindən cox material yayımlanıb. Bundan başqa, yaşıl dünya ideyası altında keçirilən müsabiqədə 35 media subyektindən 17-si qalib gəlib. Biz onlara yaşıl sertifkat təqdim etdik".

S.Seyidova bildirib ki, Medianın İnkişafı Agentliyi Azərbaycanda ətraf mühitin qorunmasını və ölkənin iqlimdəyişmələrinə qarşı qlobal mübarizəsini daha da gücləndirmək məqsədilə yeni müsabiqə keçirməyi planlaşdırır: "Yaxın günlərdə bu barədə məlumat yayacağıq".