19 sentyabr 2024 12:02
86

Yeni Kaledoniyada polis əməliyyat keçirib, iki nəfər güllələnib

Yeni Kaledoniyada polisin gecə keçirdiyi əməliyyat zamanı iki nəfər güllələnib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" Fransa KİV-ə istinadən məlumat yayıb.

Qeyd edək ki, Yeni Kaledoniyada may ayında yerli kanak xalqı və Fransa tərəfdarları arasında iğtişaşlar başlayıb.

Bildirilib ki, beləliklə, iyunda dayandırılan mübahisəli seçki islahatının səbəb olduğu böhranın başlanğıcından bəri ölənlərin sayı 13 nəfərə çatıb.