19 sentyabr 2024 13:02
99

Azərbaycanda karbon vergisinin tətbiq edilməsi nəzərdən keçirilir

Azərbaycanda karbon vergisinin tətbiq edilməsi nəzərdən keçirilir.

“İki sahil” xəbər verir ki, bunu Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumunda çıxışı zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov deyib.

“Karbon emissiyasının azaldılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla karbon vergisinin və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi ətraf mühitin qorunması üçün dünya ölkələri tərəfindən tətbiq olunan yaşıl iqtisadiyyatla bağlı digər alətlərin tətbiqi diqqət mərkəzindədir”- o əlavə edib.