19 sentyabr 2024 13:48
82

XİN rəhbəri: Türkiyənin Ukraynadakı müharibə ilə bağlı vasitəçiliyi qüvvədədir

Türkiyənin Ukraynadakı müharibə ilə bağlı vasitəçiliyi qüvvədədir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli KİV-ə deyib.

O bildirib ki, müharibə artıq Rusiya ərazisinə keçib: “Hər gün on minlərlə top mərmisi atılır. Hər iki tərəf qarşı tərəfi təzyiq altında saxlamağa çalışır”.

H.Fidan söyləyib ki, beynəlxalq ictimaiyyət Şərqi Avropada baş verənlərə adekvat münasibət göstərmir.

Nazirin sözlərinə görə, ABŞ-dakı prezident seçkilərindən sonra müzakirələr başlaya bilər: "Mənim başa düşdüyüm budur ki, tərəflər arasında dialoq mexanizmi başlaya bilər".

H.Fidan söyləyib ki, müharibənin bu formada davam etməsində maraqlı olan qüvvələr də var.