19 sentyabr 2024 14:46
85

Ədalətli çoxqütblü dünya formalaşmalıdır - Putin

Aydın və hüquq normalarına əsaslanan ədalətli çoxqütblü dünyanın formalaşması Rusiyanın BRİKS-ə sədrliyinin prioritetidir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda  Rusiya prezidenti Vladimir Putinin IX BRİKS Hüquq Forumunun iştirakçılarına, təşkilatçılarına və qonaqlarına təbrikində qeyd edilib.

Putin qeyd edib ki, tədbirin mövzusu - “Ədalətli dünyanı qoruyan qanun” Rusiyanın BRİKS-də təmsilçiliyinin prioritetlərinə tam uyğundur.