19 sentyabr 2024 18:18
102

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi Endryu Harper ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüş zamanı bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.