Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə Azərbaycan hərbçilərinin qəhrəmanlığından, peşəkarlığından danışıb.
“İki sahil” xəbər verir ki, dövlət başçısı dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordunun həyata keçirdiyi əməliyyatların oxşarının olmadığını bildirib.
“44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir”, - deyə Prezident qeyd edib.
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib