20 sentyabr 2024 16:34
86

İki qütb arasında rəqabət gedir - Hakan Fidan

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin xarici siyasəti ilə bağlı çıxışında deyib.

O bildirib ki, sülh istəyənlər də var: “Hazırda iki qütb arasında rəqabət gedir”.

H.Fidan söyləyib ki, Yaxın Şərqdəki hadisələr beynəlxalq sistemin iflas etdiyini göstərir.