20 sentyabr 2024 17:09
84

Mövqelərimizi yaxınlaşdırmağa çalışmalıyıq - Fidan

Türkiyə və Avropa İttifaqı (Aİ) Qafqazda koordinasiyalı davranmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin xarici siyasəti ilə bağlı çıxışında deyib.

O bildirib ki, Türkiyə və Aİ-nin bir çox regionlarda, o cümlədən Qafqazda təsir imkanları var: “Biz mövqelərimizi yaxınlaşdırmağa çalışmalıyıq”.

H.Fidan söyləyib ki, Türkiyə xarici siyasətinin əsas özəlliklərindən biri də qarşı tərəfin maraqlarının nəzərə alınmasıdır: “Biz bir çoxundan fərqli olaraq öz maraqlarımızı diktə etmirik”.