20 sentyabr 2024 23:50
86

Emin Mahmudovdan kapitanlığın alındığı təsdiqləndi

Emin Mahmudov “Neftçi”nin kapitanlığından məhrum olunub.

“İki sahil” xəbər verir ki, klubun baş məşqçisi Roman Qriqorçuk məlumatı təsdiq edib.

O, bu gün “Qarabağ”a qarşı keçirilən Misli Premyer Liqasının 7-ci turunun oyunundan (0:4) sonra təşkil edilən mətbuat konfransında bununla bağlı dünən qərar verdiyini deyib.

Ukraynalı mütəxəssis deyib ki, artıq komandada əsas kapitan Ramil Şeydayevdir. Vitse-kapitan Yuri Matias, üçüncü kapitan isə Robert Bauerdir. “Bu, mənim qərarımdır” - deyə R.Qriqorçuk bildirib.

Qeyd edək ki, bu gün “Qarabağ”la matçda E.Mahmudov sona qədər ehtiyatda qalıb.