Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var.
“İki sahil” xəbər verir ki, Bu barədə trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, 3 avqust tarixində səyahət xəbərdarlığı verilib. "Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb", - deyə qeyd edilib.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşımasına qadağan edilib.
Rəsmi Bakı Fransanın Martin Rayan məsələsinə dair bəyanatını qətiyyətlə rədd edib
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib