21 sentyabr 2024 14:10
110

Beyrutda aviazərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb

İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun cənub ətrafına endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a yüksəlib, 66 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Livanın Səhiyyə Nazirliyinin icmalında deyilir. Təxminən 20 nəfər itkin düşüb. Yerli mülki müdafiə xidmətinin məlumatına görə, Əl Qaim məhəlləsində dağılmış iki evin qalıqları olan yerdə axtarış-xilasetmə əməliyyatı davam edir. Mümkün qurbanların axtarışı üzrə dağıntılar təmizlənir.

Xatırladaq ki, daha əvvəl “Hizbullah” hərəkatının silahlı qanadı İsrailin hava hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü təsdiqləmişdi.