21 sentyabr 2024 20:31
95

İsrailin şimalı artilleriya atəşinə tutulub

İsrailin şimalı Livandan kütləvi artilleriya zərbəsinə məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb. Qeyd edib ki, Livandan Yuxarı Qaliley yaşayış məntəqəsi, Safed şəhəri və Colan təpələrinə 90 mərmi atılıb. Dağıntı və tələfat barədə məlumat verilməyib.