22 sentyabr 2024 12:47
86

Ölənlərin sayı 45 nəfərə çatıb

İsrail sentyabrın 20-də Beyrutun Dahiyə məhəlləsinə endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı artaraq 31 nəfərdən 45 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Aviazərbə nəticəsində 68 nəfər yaralanıb, 23 nəfər itkin düşmüş sayılır.

Dağıntılar altından bir neçə nəfərin tanınmaz cəsədi aşkarlanıb.

Qeyd edək ki, İsrailin aviazərbəsi nəticəsində Hizbullahın əməliyyat qrupunun komandiri İbrahim Akil də ölüb.