22 sentyabr 2024 13:56
74

İranda kömür mədənindəki partlayışda ölənlərin sayı 50 nəfəri ötüb

İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

“İki sahil” xəbər verir ki,  bu barədə İranın Mehr agentliyi məlumat yayıb. “Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, - agentlik bildirib.

Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir.